Naxçıvanda toxum fondu yaradılacaq

16:10 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Naxçıvan MR-da yüksək məhsuldarlığa malik yerli toxum fondu yaradılacaq.

ABC.AZ-ın məlumatına görə, bu məqsədlə elmi, aqrotexniki və təşkilati tədbirlər görüləcək.

Bu, “Bərəkət Toxumçuluq” MMC-nin əsasında bu gün publik hüquqi şəxs kimi yaradılmış, yerli Nazirlər Kabinetinin tabeliyindəki “Naxçıvan Toxumçuluq Mərkəzi”nin Nizamnaməsində öz əksini tapıb.

 

Bütün xəbərlər