Füzuli Hava Limanından həyata keçiriləcək uçuşların vaxtı açıqlanıb

16:38 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Füzuli Hava Limanında tikinti və quraşdırma işləri sürətlə aparılır, 2021-ci ilin sonunadək ilk reysin yerinə yetirilməsi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İclasda Füzuli Hava Limanında tikinti və quraşdırma işlərinin sürətlə aparıldığı və ilin sonunadək hava limanına ilk uçuşların planlaşdırıldığı bildirilib.

Eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işlərinin aparıldığı qeyd edilib.

 

Bütün xəbərlər