330x110
 

Beş ayda ixracı və idxalı artan məhsullar - Hesabat

16.07.2021,11:52


16 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 51,6 faiz, şəkər - 2,2 dəfə, bitki yağları - 43,3 faiz, meyvə və tərəvəz şirələri - 15,1 faiz, meyvə və tərəvəz konservləri - 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 14,5 faiz, pambıq lifi - 2,1 dəfə, pambıq ipliyi - 1,6 dəfə artmış, təzə tərəvəz ixracı isə 27,3 faiz, kartof - 11,5 faiz, çay - 22,8 faiz, tütün - 54,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 29,4 faiz, polietilen - 10,9 faiz, emal olunmamış alüminium - 25,9 faiz, qara metallardan borular - 1,7 faiz, bentonit gili - 1,7 faiz azalıb.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər Dövlət Gömrük Komitəsinin 2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsulları ilə bağlı hesabat tipli məlumatında qeyd olunub.  Hesabatda vurğulanıb ki, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2021-ci ilin eyni dövründə  buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər - 0,8 faiz, kartof - 14,7 faiz, çay - 6,7 faiz, təzə tərəvəz - 46,5 faiz, minik avtomobilləri - 1,6 dəfə, dərman vasitələri - 0,4 faiz, hesablama maşınları, blok və qurğuları - 13,1 faiz, rezin şinlər - 1,6 dəfə, yük avtomobilləri - 2,1 dəfə, mebellər - 24,6 faiz, məişət kondisionerləri - 28,5 faiz, paltaryuyan maşınlar - 32,1 faiz, məişət soyuducuları - 24,7 faiz artıb, bitki yağları idxalı isə 9,1 faiz, təzə meyvə - 1,4 faiz, kərə yağı, digər süd yağları və pastaları - 6,6 faiz, quş əti və onun əlavə məhsulları - 38,0 faiz, mal əti - 41,7 faiz, siqaretlər - 0,1 faiz, qara metallardan borular - 37,2 faiz, polad prokatı - 50,7 faiz, mineral gübrələr - 40,6 faiz, qara metallardan çubuqlar - 66,3 faiz, polietilen - 46,5 faiz, qara metallardan künclüklər - 29,0 faiz, avtobuslar - 28,2 faiz, sement və sement klinkerləri - 44,4 faiz azalıb.