"Xiaomi" sürətlə inkişaf edir - "Apple"i üstələdi

12:05 - 16.07.2021


16 iyul, Fineko/abc.az. Çinin iri smartfon istehsalçısı Xiaomi bu ilin ikinci rübündə dünya bazarında mövqeyini möhkəmləndirərək "Apple"ı da geridə qoyub.

ABC.AZ xəbər verir ki, sözügedən Çin şirkəti qlobal smartfon bazarında 17% payla ikinci yerə yüksəlib.

Lider isə yenə də 19% payla Cənubi Koreyanın Samsung şirkətidir.

Araşdırmalara görə, Xiaomi sürətlə inkişaf edərək, Latın Amerikasında satışları 1 il ərzində 300%, Avropada isə 50% artırıb. Qlobal bazarda isə ümumi artım  83% olub. Müqayisə üçün - Samsungda bu artım 15%, Apple-da isə cəmi 1% təşkil edib.

 

Bütün xəbərlər