Azərbaycanda yeni üzüm sortu yaradılıb

16:20 - 16.07.2021


16 iyul, Fineko/abc.az. Kənd Təsərrüfatı Naziliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən yeni üzüm sortu yaradılıb.

ABC.AZ-ın məlumatına görə, “Gəncəvi” adlandırılan üzüm sortu Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyestrində qeydə alınıb.

“Gəncəvi” üzüm sortu Azərbaycanın qiymətli süfrə “Ağ şanı” və texniki “Bayanşirə” üzüm sortlarının hibridləşməsindən alınıb.

Sort universal istiqamətlidir.

Bütün xəbərlər