Yoluxanlar azaldı - Ölən yoxdur

16:39 - 16.07.2021


16 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 169 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 199 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 337970 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 92 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 331112 nəfər təşkil edir.

Sutka ərzində koronavirusdan ölən olmayıb. Azərbaycanda COVİD-19-dan həyatını itirənlərin cəmi sayı isə 4990 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 8628 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3 894 683 test edilmişdir.

 

 


Bütün xəbərlər