Bir gündə bu qədər vaksin vurulub

16:48 - 16.07.2021


16 iyul, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 40 774 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələdə peyvənd olunanların sayı 18 123, ikinci mərhələ üzrə 22 651 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 283 501, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 548 890, ikinci mərhələ üzrə isə 1 734 611 nəfər təşkil edir.

 

Bütün xəbərlər