“SOCAR New Energy” Ukraynaya karbon qazı tədarük edir

12:18 - 17.07.2021


17 iyul, Fineko/abc.az. “Rosneft”in neft məhsullarının Ukraynaya tədarükü üzrə eksklüziv tədarükçü olan “SOCAR New Energy” şirkəti uzunmüddətli müqavilələr əsasında Ukraynaya mayeləşdirilmiş karbon qazının (LPG) tədarükünə başlayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Argus” agentliyi məlumat verib.

Məlumata görə, LPG tədarükü üzrə uzunmüddətli müqavilələr 2021-ci ildə “SOCAR New Energy” şirkəti ilə 10 Ukrayna şirkəti arasında bağlanıb. “Rosneft”in zavodlarından ilk həcmlərin göndərilməsi iyulun 9-da həyata keçirilib. Treyderlər hesab edirlər ki, avqust ayından etibarən müqavilə bağlayan şirkətlərin sayı arta bilər.

Bu müqavilələr çərçivəsində iyul ayında Ukraynaya azı 23-25 min ton LPG çatdırılacaq, avqust ayında isə tədarük həcmləri 30-35 min tonadək yüksələ bilər.

 

Bütün xəbərlər