Altı ayda Azəraycan bu qədər qaz ixrac edib

12:32 - 17.07.2021


17 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 10 milyard 347 milyon 923 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 57,3% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri 1 milyard 585 milyon 636,25 min (artım 25,8%) təşkil edib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 18%-i (2020-ci ilin I yarısında 16,39%) qaz ixracının payına düşüb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər