330x110
 

Altı ayda ölkəyə 3 min 892 ton süd idxal olunub

17.07.2021,14:33


17 iyul, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan bəzi məhsullarla bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, cari ilin ilk altı ayında ölkəyə 5 milyon 808 min dollar dəyərində (-38,9%) 3 min 892 ton (-29,1%) süd idxal olunub.

Bununla yanaşı, ölkəyə həmçinin 39 milyon 981 min dollar dəyərində 8 min 175 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub. Müqayisə üçün qeyd edək ki, bu da ötən ilin eyni dövrünə nisbətdə müvafiq olaraq 8,3% və 6,9% azdır.

Müəllif: Elmir Murad