Bu ilin 6 ayında nə qədər yeyinti məhsulu idxal edilib? - Hesabat

14:58 - 17.07.2021


17 iyul, Fineko/abc.az. 2021-ci ilin 6 ayı ərzində Azərbaycana 909 milyon 661 min dollarlıq yeyinti məhsulları idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə yeyinti məhsulları üzrə idxalın dəyəri 766 milyon 461 min dollar təşkil etmişdi.

Yeyinti məhsullarının idxalının artmasına buğda, bitki mənşəli yağlar və meyvə-tərəvəz idxalının dəyərinin artması səbəb olub.

6 aylıq buğda idxalı 78 milyon 389 min dollardan 102 milyon 23 min dollara, bitki yağları idxalı isə 77 milyon 408 min dollardan 117 milyon 566 min dollara yüksəlib.

 

Bütün xəbərlər