“Ethereum” bahalaşdı - Səbəb

10:23 - 22.07.2021


22 iyul, Fineko/abc.az. “Ethereum”un dəyəri anidən bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, ekspertlər bahalaşmanı İlon Maskın bu kriptovalyutaya sahib olması açıqlaması fonunda yarandığını bildirib.

Onlar hesab edir ki, milyarderin açıqlaması elektron pulu 12% artaraq maksimum səviyyəyə çatdırıb.

Qeyd edək ki, "Binance” kriptobirjasına əsasən, dünən Bakı vaxtı ilə saat 23:25-də “Ethereum”un qiyməti 9.68% artıb və 1 962 dollar təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər