KOBİA maliyyə hesabatı açıqladı - Gəlirləri artmayıb

11:18 - 22.07.2021


22 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2020-ci ildə 13,203 milyon manat gəlir əldə edib, agentliyin xərcləri də elə bu qədər olub.

ABC.AZ xəbər verir ki, bu barədə qrumun maliyyə maliyyə hesabatında qeyd olunub. Bu, 2019-cu illə müüqayisədə 72,2% çoxdur.

KOBİA-nın ötənilki gəlirlərinin hamısı sair əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, istifadə edilmiş material ehtiyatlarına 356 min manat (əvvəlki ilə nisbətən 2,6 dəfə çox), işçi heyətinə 6,901 milyon manat (48,1% çox), amortizasiyaya 450 min manat (43,3% çox), digər əməliyyatlara 5,481 milyon manat (2,1 dəfə çox), sair əməliyyatlara isə 14 min manat (17 dəfə çox) xərc çəkilib.

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 24,26 milyon manat olub ki, bu da illik müqayisədə 42,1% çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 84,1% artaraq 15,725 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 8,534 milyon manat qalıb.

 

Bütün xəbərlər