Asiya İnfrastruktur İnvestisiya Bankı ölkəmizə kredit ayıracaq

12:15 - 22.07.2021


22 iyul, Fineko/abc.az. Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) koronavirus (COVID-19) infeksiyasının mənfi tibbi, sosial və iqtisadi təsirlərinin azaldılması üzrə hərtərəfli planın həyata keçirilməsinə yardım məqsədilə Azərbaycana $100 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, kredit iyulun 15-də təsdiqlənsə də, bankın saytında bununla bağlı məlumat bu həftə dərc olunub.

“Proqramın məqsədi Azərbaycan hökumətinin COVID-19 pandemiyasının əhalinin sağlamlığına, gəlirlərinə və iqtisadi imkanlarına, həmçinin makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılmasına yönəlmiş maliyyə dəstəyi tədbirlərini dəstəkləməkdir”, - deyə bankın materiallarında bildirilir.

 

Bütün xəbərlər