330x110
 

Prezident Daşkəsəndə bir sıra layihələrlə tanış olub

22.07.2021,14:42


22 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Daşkəsən rayonuna gedib.

ABC.AZ-ın məlumatına görə, Prezident “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

Dövlət başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.