Göyçayda pomidor 15 qəpikdən satılır

14:54 - 22.07.2021


22 iyul, Fineko/abc.az. Göyçayın istixana təsərrüfatlarında cari ilin ötən müddətində 20 min 612 ton məhsul istehsal olunub və hazırda yığım davam edir.

ABC.AZ xəbər verir ki, bu barədə Rayon icra hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, Göyçayda 5550 istixana təsərrüfatı var.

Bu təsərrüfatlarda 277,5 hektar sahədə əkin aparılır. Sahibkarlar əsasən pomidor və xiyar yetişdirirlər. 2021-ci ilin ötən müddətində 255,4 hektar pomidor sahəsindən 19 min 200 ton, 22,1 hektar xiyar sahəsində isə 1412 ton məhsul götürülüb. İndiyədək istehsal olunan məhsulun təqribən 10 faizi Rusiya, Ukrayna bazarlarına göndərilib.

Qalan hissəsi isə yerli bazarlara çıxarılır. Hazırda bölgədə pomidor və xiyarın topdansatış qiyməti 15-30 qəpikdir.

 

Bütün xəbərlər