Prezident Naftalanda hava limanı ilə tanış olub

17:11 - 22.07.2021


22 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev iyulun 22-də Naftalan şəhər hava limanı ilə tanış olub.

ABC.AZ xəbər verir ki, dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib.

Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb.

Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır.

Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

Bütün xəbərlər