İlham Əliyev: Qar əriyəndən sonra biz lazımı nöqtələri götürdük və orada yerləşdik

09:32 - 23.07.2021


23 iyul, Fineko/abc.az. "Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik."

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyulun 23-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Bu məsələnin Şarl Mişelin Azərbaycana səfəri zamanı müzakirə olunduğunu diqqətə çatdıran dövləti başçısı deyib: “Mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik."

 

Bütün xəbərlər