İlham Əliyev: Biz gündəlik Laçın dəhlizinin monitorinqini aparırıq

10:44 - 23.07.2021


23 iyul, Fineko/abc.az. "Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, bizim ərazimizdir."

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AZTV-yə müsahibəsində bildirib.

"Əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

Bütün xəbərlər