330x110
 

Vüsal Qasımlı : Azərbaycanda qeyri-neft sənayesi 16,6% artıb

23.07.2021,11:01


23 iyul, Fineko/abc.az. “Bu il dünyada sənaye artımı 3,5% proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,6% artması təqdirəlayiqdir."

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

"Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir. Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1%-lik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3%-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub." - deyə V.Qasımlı bildirib.

Həmçinin o, qeyd edib ki, qeyri-neft sektoru üzrə ixrac ilk beş ayda 25,8% və Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorundan ilk altı ayda 9,5% artıb.