“AzerGold” Azərbaycanın qərbində yeni qızıl yatağını istifadəyə verib

12:16 - 23.07.2021


23 iyul, Fineko/abc.az. “AzerGold” QSC Daşkəsən rayonunda (Azərbaycanın qərbi) “Mərəh” yeni qızıl yatağını istifadəyə verib.

Bu barədə ABC.AZ İnterfaks-Azərbaycan-a istinadən xəbər verir.

İstifadəyə verilmə məarasimi cümə axşamı baş tutub. Mərasimdə Azərbaycan prezdrenti İlham Əliyev iştirak edib. Prezident “Mərəh” yatağında dağ süxurlarının ilk partlamasını izləyib.

“Çovdar” yatağından şimalda yerləşən “Mərəh” yatağı 2018-ci ildə kəşf olunub. Bu, “AzərGold” tərəfindən istifadəyə verilən üçüncü qızıl yatağıdır. Bu layihənin reallaşdırılmasının müddəti 2 ildir”, - QSC-dən məlumat veriblər.

Həmçinin, şirkətdən məlumat veriblər ki, cari ildən etibarən bir sıra filiz yataqlarının istifadəyə verilməsi planlaşdırılır.

“AzerGold”un məlumatına görə, 2016-cı ildə “Çovdar” yatağının işlənməsinə başlanandan, bu yataqdan 259 min unsiya qızıl hasil olunub, yaxın illərdə əlavə 338 min unsiya qızıl hasilatı planlaşdırılır.

Hazırda “AzerGold” qızıl və gümüş hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından və Daşkəsən rayonunda “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən) həyata keçirir.

 

Bütün xəbərlər