Cari ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 4 milyard manatı keçib

12:32 - 23.07.2021


23 iyul, Fineko/abc.az. 2021-ci ilin altı ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 370,4 milyon manat təşkil edib, onun da 2 milyard 153,7 milyon manatı heyvandarlıq, 2 milyard 216,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir.

Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 %, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,4%, bitkiçilik məhsulları üzrə isə 8,9 % artım müşahidə edilib.

 

Bütün xəbərlər