330x110
 

Prezident 2 səfirimiz haqda Sərəncam verdi

23.07.2021,15:44


23 iyul, Fineko/abc.az. Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə R.Sadıqbəyli Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Qalib Malik oğlu İsrafilov Azərbaycanın Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.