Azərbaycan vətəndaşları Türkiyədə bu qədər şirkət yaradıb

10:20 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Bu ilin ilk yarımilliyində Türkiyədə Azərbaycan kapitalı ilə yaradılmış şirkətlərin sayı məlum olub.

ABC.AZ-ın məlumatına görə, Türkiyə Ticarət və Sənaye Palatasından bildirilib ki,  sözügedən dövrdə 124 şirkət qeydiyyata alınıb.

Bu il ötən ilin eyni dövrü ilə müqayisədə 73 şirkət çox deməkdir. Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin kapitalı 37.225 milyon lirə təşkil edib.

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətlərinin 109-u İstanbulda qeydiyyata alınıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər