330x110
 

Tibb işçilərinə əlavələr ödənildi

26.07.2021,11:46


26 iyul, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu ilin fevral, mart və aprel ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 26.4 milyon manat, qeyri-tibb işçilərinə isə 3.2 milyon manat müddətli əlavə ödəyib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin fevral və aprel ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 23.000 manat məbləğində müddətli əlavə ödənilib.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, 26.500 manat məbləğində mükafat ödənilib.