Altı ayda ödənilən sığorta ödənişləri kəskin azalıb

12:17 - 26.07.2021


26 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun ayları ərzində Yaşıl Kart Sistemi çərçivəsində 100 yol nəqliyyat hadisəsinə görə 258 696,47 manat sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan ABC.AZ-a verilən məlumata görə, ödənişlərin həcmi illik müqayisədə 48,1%, hadisələrin sayı isə 48,2% azalıb.

Qeyd edək ki, hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş verib.

 

Bütün xəbərlər