Qarabağla bağlı turizm strategiyası hazırlanır - Otellər tikiləcək

14:28 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Azərbaycanın 2030-cu ilə qədər iqtisadi prioritetləri müəyyənləşdirilib və buna uyğun olaraq turizm strategiyası hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə işğaldan azad olunmuş ərazilərdə turizm sahəsi ilə əlaqədar görüləcək işlər haqqında danışarkən deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilər – Qarabağ və Şərqi Zəngəzurla bağlı planlar artıq müəyyənləşib:

“Burada iki yanaşma var: birincisi klaster yanaşmasıdır. Yəni turizm məhsullarının və potensialının cəmləşdiyi yerlərdə görüləcək işlərə başlanmasıdır. Digər yanaşma dəhlizlər üzrə yanaşmadır. Həmin ərazilərdə əsas dəhlizlər olacaq və bunun üzərində yeni turizm layihələri, infrastruktur, marşrutlar və turizm məhsulları qurulacaq".

 

Bütün xəbərlər