Elin Süleymanov da geri çağrıldı - Sərəncam

15:08 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfirinin və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisinin vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Elin Süleymanov Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

 

Bütün xəbərlər