330x110
 

COVİD-19 pasportları ilə bağlı tətbiqetmə istifadəyə veriləcək

26.07.2021,15:38


26 iyul, Fineko/abc.az. COVİD-19 pasportlarının operativ verifikasiyasını təmin etmək məqsədilə yeni tətbiqetmə istigadəyə veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Belə ki, tətbiqetmə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən artıq yaradılmış və qısa müddətdə fəaliyyətə başlayacaq.