Pandemiyadan yeganə çıxış yolu vaksin olunmaqdır - Prezidentin köməkçisi

15:52 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Operativ Qərərgah bəzi məsələlərə aydınlıq gətirmək üçün brifinq keçirib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə Azərbaycanda COVID-19 virusuna qarşı peyvəndləmə prosesinə başladıqdan sonra koronavirusdan ölən şəxslərin 99 faizi vaksin vurdurmayan şəxslərin olduğu bildirilib.

Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, Sentyabrın 1-dən COVID-19 pasportu tələb olunan sahələrdə yoxlanış aparılması üçün xüsusi mobil tətbiq hazırlanır və yaxın günlərdə bununla bağlı ətraflı məlumat veriləcək.

"Bu tətbiq vasitəsilə qapalı məkanların girişində pasportlar sürətli şəkildə yoxlanılacaq. Unutmamalıyıq ki, virus heç yerə getməyib. Pandemiyadan bu gün üçün yeganə çıxış yolu vaksin olunmaqdır”, - deyə o bildirib.

 

Bütün xəbərlər