330x110
 

Sərt qapanma olacaq? - Prezidentin köməkçisindən açıqlama

26.07.2021,16:22


26 iyul, Fineko/abc.az. Prezidentin köməkçisi Şahmar Mövsümov payızda yenidən sərt qapanmaların olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

ABC.AZ xəbər verir ki, Ş. Mövsümov bu dəfə nikbin danışmayıb.

O deyib ki, əgər yoluxma sürətlə artarsa, xəstəxanalar dolarsa, sərt qapanmaya gediləcək: “Epidemioloji vəziyyət pisləşsə, biz qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur. Qapanma olmadan bunun qarşısını almaq çox çətindir. Amma insanlar kütləvi şəkildə və qısa müddətdə vaksin olunarsa, qapanmaya getməyə ehtiyac qalmayacaq, təşviş də olmayacaq”.