330x110
 

Səhhətində problemi olanlar üçün ayrıca sertifikat hazırlanacaq

26.07.2021,16:30


26 iyul, Fineko/abc.az. Bildiyiniz kimi Operativ Qərərgah brifinq keçirərərək bir sıra məsələlərə aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə səhhətinə görə vaksin olunmayan şəxslərin COVID-19 pasportunun tələb olunduğu yerlərdən necə istifadə edəcəyi ilə bağlı məsələdən də danışılıb.

Prezidentin köməkçisi Şahmar Mövsümov deyib ki, süd verən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur:

“Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq. Əgər doğrudan da, onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək”.