Bəzi qanunlar Azərbaycanın bu ərazisində işləməyəcək

17:18 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib.

ABC.AZ verir ki, dəyişikliklərə əsasən, bundan sonra Ələt azad iqtisadi zonasında torpaq bazarının təşkil edilməsi, bu bazarda iqtisadi və hüquqi məsələlərin tənzimlənməsi, xarici elementli mülki hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyası, eləcə də həmin zonanın yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətlər Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilməyəcək.

 

Bütün xəbərlər