Naxçıvanda 6 ayda bu qədər sənaye məhsulu istehsal edilib

10:15 - 27.07.2021


27 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında Naxçıvan muxtar respublikasında 572 milyon 248 min manat dəyərində sənaye məhsulu istehsal olunub.

ABC.AZ-ın məlumatına görə, bu da bir il öncəki göstəricini 1 faiz üstələyib.

Sənaye məhsulu istehsalının 94,8 faizi malların, 5,2 faizi isə xidmətlərin payına düşüb.

İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,8 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər