TAP-da ən yüksək gündəlik ötürmə gücü səviyyəsi qeydə alınıb

11:38 - 27.07.2021


27 iyul, Fineko/abc.az. Ötən həftənin sonunda (24 və 25 iyul şənbə) Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan ərazisində yerləşən Kipoidəki qoşulma nöqtəsində (Türkiyə ilə sərhəd) ən yüksək gündəlik ötürmə gücü səviyyəsi qeydə alınıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə TAP Konsorsiumu məlumat yayıb.

Məlumata görə, qeyd olunan günlərdə Kipoidəki qoşulma nöqtəsində sözügedən göstərici təqribən 28,19 mln. kubmetr (enerji ekvivalentində - gündəlik 332 heqavatt-saat ) təşkil edib.

“Bu da qoşulma nöqtəsinin texniki imkanlarının (texniki gücünün – red.) təqribən 95%-ə bərabərdir”, - deyə məlumatda qeyd olunur.

 

Bütün xəbərlər