330x110
 

Bakıda palçıq vulkanında püskürmə baş verib

30.03.2018,15:46


30 mart, Fineko/abc.az. Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

Ekologiya Nazirliyinin məlumatında deyildiyi kimi, püskürmə 29 mart 2018-ci il tarixində saat  21:10-da müşahidə edilmişdir.

“Ayrantökən vulkanının püskürməsi təxminən 7 dəqiqə davam edirdi və alov sütunu ilə müşahidə edilirdi.  Alovun təxmini hündürlüyü 100-150 metr təşkil etmişdir. Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib”, - məlumatda belə deyilir.

Palçıq  vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Ayrantökən palçıq vulkanı Azərbaycan Respublikasının Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. İlk püskürmə 1964-cü ilin oktyabrında, son püskürmə isə 2008-ci ildə müşayiət edilib.

 

 

Açar sözlər: palçıq vulkanı