Altı ayda əhali banklardan bu qədər nağd avro alıb

15:16 - 27.07.2021


27 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında əhali kommersiya banklarından 82,574 mln. nağd avro alıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu Mərkəzi Bankın dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarda əksini tapıb.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,9% azdır.

Təkcə iyun ayında əhali 18,642 mln. avro alıb ki, bu da may ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.

Bundan başqa, cari ilin ilk altı ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 31,619 mln. avro təşkil edib. Bu da illik müqayisədə 29,2% azdır.

Təkcə iyun ayında bu göstərici 6,225 mln. avroya bərabər olub ki, bu da aylıq müqayisədə 6,8% çoxdur.

 

Bütün xəbərlər