330x110
 

Muğanbank 6 ayı xalis mınfəətlə bağlayıb - Hesabat

27.07.2021,15:31


27 iyul, Fineko/abc.az. "Muğanbank" ASC 2021-ci ilin 1-ci yarısını 556 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ xəbər verir ki, bu bankın hesabatında qeyd olunub.

Bildirilib ki, halbuki, bank ötən ilin eyni dövrünü 1 milyon 881 min manat xalis zərər ilə bağlamışdı. 2021-ci ilin yanvar-iyun dövründə "Muğanbank"-ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 489 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 722 min manat, gəlirlər xərcləri  üstələditindən əməliyyat mənfəəti 767 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 212 min manat ayırdığından 2021-ci ilin ilk 6 ayını 556 min manat xalis mənfəət ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-iyun dövründə "Muğan Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 23 milyon 38 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 786 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 748 min manat təşkil etmişdi. Eyni zamanda, ehtiyat fondun 1 milyon 132 min manat ayırma edildiyindən zərər 1 milyon 881 min manata yüksəlmişdi.