330x110
 

Yoıuxanlar artdı - 2 nəfər öldü

27.07.2021,15:44


27 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 468 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 272 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 341183 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 123 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 332259 nəfər təşkil edir.

Sutka ərzində Azərbaycanda koronavirusdan 2 nəfər vəfat edib, COVİD-19-dan ölənlərin ümumi sayı isə 5011 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 11895 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3 992 592 test edilmişdir.