330x110
 

Bir gündə 68 mindən çox vaksin vurulub

27.07.2021,16:01


27 iyul, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 68 020 vaksin vurulub.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 32 219, ikinci mərhələ üzrə 35 801 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 632 349, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 686 492, ikinci mərhələ üzrə isə 1 945 857 nəfər təşkil edir.