330x110
 

Üç ölkə Bakı Bəyannaməsi imzaladı - Təfərrüat

27.07.2021,16:14


27 iyul, Fineko/abc.az. Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşü keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüşdə Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməni Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.