330x110
 

Neft Fondunun qızıl ehtiyatları stabil qalıb

27.07.2021,17:05


27 iyul, Fineko/abc.az. 2021-ci ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları dəyişməyib.

ABC.AZ Neft Fondunun 2021-ci ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadına xəbər verir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.

Qeyd edək ki, ötən ilin sonunda da qızılın həcmi 101,8 ton təşkil etmişdi.

Dövlət Neft Fondu 2020-ci ildə 0,6 ton qızıl almışdı. Qeyd edək ki, cari ilin iyun ayının sonunda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 13,1 faizini təşkil edib.

Ötən ilin sonunda bu nisbət 14,2 faiz idi. Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 62,9% təşkil edib.

Bu da ötən il iyulun 1-i ilə müqayisədə 3,9 faiz bəndi azdır. Əvəzində ARDNF investisiya portfelində səhmin payını 13,7%-dən 17,9%-ə çatdırıb.