Bakı Nəqliyyat Agentliyi 498 min manatlıq tender qalibini elan etdi

11:24 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə lazım olan mal, iş və xidmətlər ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi “ MG CONSTRUCTION” MMC olub.

Qalib şirkətə 498 039  manat ödəniləcək.

 

Bütün xəbərlər