Neft Fondu I yarım il üçün gəlirlərini açıqlayıb

11:25 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan ABC.AZ-a verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun aylarında AÇG yatağından 2 milyard 354,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib. AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 151 milyard 759 milyon ABŞ dolları təşkil edib.

O cümlədən hesabat dövründə "Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-iyun aylarında əldə olunan gəlir 70,978 milyon ABŞ dolları təşkil edib.

O cümlədən hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 57,131 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən bu günə qədər yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 milyard 738 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər