“Şahdəniz” yatağından qaz və kondensat satışından 6 ayda bu qədər gəlir əldə edib

12:11 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 70,978 milyon ABŞ dolları gəlir əldə edib.

Fonddan ABC.AZ-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64% azdır.

Yarım illik gəlirlərin 57,131 milyon dolları kondensat satışından əldə oluub.

Bu isə 1 il əvvələ nisbətən 56,4% azdır. “Şahdəniz” yatağının istismarına başlanıldığı 2007-ci ildən bu günə qədər oradan qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 738 milyon dollar təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər