Azərbaycanda rus rubluna maraq azalıb - Banklardan az alınır

12:25 - 28.07.2021


28 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun aylarında əhali kommersiya banklarından 989,332 mln. nağd Rusiya rublu alıb.

ABC.AZ-ın Apa-ya istinadən xəbər verir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 39,7% azdır.

Təkcə iyun ayında əhali 170,743 rubl alıb ki, bu da may ayı ilə müqayisədə 17,1% çoxdur. Bundan başqa, cari ilin ilk altı ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 7,619 mlrd. rubl təşkil edib. Bu da illik müqayisədə 22,9% çoxdur. Təkcə iyun ayında bu göstərici 1,671 mlrd. rubla bərabər olub ki, bu da aylıq müqayisədə 22,4% çoxdur.

 

Bütün xəbərlər