330x110
 

“Nar” və “Avtostop” radio verilişindən maraqlı müsabiqə

30.03.2018,17:12


“Nar” və DJ Tural Yusifovun müəllifi olduğu “Avtostop” radio layihəsi yeni müştərək aksiyaya start veriblər. Belə ki, 2 aprel – 21 may 2018-ci il tarixləri arasında hər həftənin bazar ertəsi saat 18:00-dan 19:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri “Nar” tərəfindən xüsusi mükafatlarla təbrik ediləcəklər. Yol hərəkəti qaydaları haqqında biliklərini sınayan radio dinləyiciləri mobil operatordan dəyərli hədiyyələr qazanmaq fürsəti əldə edəcəklər.

Qeyd edək ki, “Nar” ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 

 

 

Açar sözlər: Nar