"Bank Avrasiya" hesabat açıqladı - 3 milyon manatdan çox əməliyyat mənfəəti yaranıb

14:10 - 28.07.2021


28 iyul, Fineko/abc.az. "Bank Avrasiya" ASC 2021-ci ilin yanvar-iyun dövrü üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2021-ci ilin birinci yarısında "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 6 milyon 724 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 3 milyon 429 min manat təşkil edib.

Sözügedən dövrdə gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 295 min manat əməliyyat mənfəəti formalaşıb.

"Bank Avrasiya" mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 7 milyon 223 min manat ayırdığından cari ilin ilk 6 ayını 3 milyon 928 min manat xalis zərər ilə bağlayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər