“Unibank”ın mənfəəti 2 dəfədən çox azalıb

15:02 - 28.07.2021


28 iyul, Fineko/abc.az. “Unibank” ASC bu ilin I yarısını 3,915 milyon manat mənfəətlə başa vurub.

ABC.AZ  renkinq-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 57% və yaxud 2,3 dəfə azdır.

Yanvar-iyun aylarında “Unibank”ın gəlirləri 72,921 milyon manat (illik müqayisədə 33,6% çox), xərcləri 60,942 milyon manat (29,4% çox), xüsusi ehtiyatlara ayırmaları 8,063 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Unibank”ın aktivləri 892,935 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,9% çoxdur. Bunun 570,821 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 36,5% böyüyüb.

Hesabat dövründə “Unibank”ın öhdəlikləri 28,1% artaraq 795,603 milyon manata, o cümlədən depozit portfeli 40,8% artaraq 619,092 milyon manata, balans kapitalı isə 3,9% artaraq 97,332 milyon manata çatıb.

 

Bütün xəbərlər