SOCAR-da daha bir vəzifəli şəxs postundan getdi

15:14 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təsdiq edib.

Onun sözlərinə görə, V.Əliyev öz ərizəsi ilə vəzifəsini tərk edib.

 

Bütün xəbərlər